Sosial şəbəkədə biz:
Aİ Azərbaycana 23 milyon, Ermənistana isə 200 milyon avro ayırıb
Xəbər Şəkli

Aİ Azərbaycana 23 milyon, Ermənistana isə 200 milyon avro ayırıb

24 September 2025, 09:00
Siyasət

Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos bəyan edib ki, Brüssel Dayanıqlılıq və İnkişaf Planı çərçivəsində Ermənistana 200 milyon avro qrant ayırıb.

OC Media yazır ki, Kos bu barədə cümə günü Yerevanda mətbuat konfransı zamanı bildirib.

Armenpress xəbər agentliyinə görə, Kos maliyyələşdirmənin əlaqəni, dayanıqlığı və biznesin inkişafına investisiyaları artıracağını söyləyib.

“Bu, Ermənistanın aydın islahat gündəliyinə sadiqliyinin sübutudur. Bu, həm də əsas sahələrdə islahatların həyata keçirilməsinə dair sizin açıq-aydın öhdəliyinizi nümayiş etdirir”, deyən Kos əlavə edib ki, Aİ Ermənistanı nəqliyyat, ticarət, enerji və infrastruktur layihələrində dəstəkləməyə hazırdır.

Armenpress-in məlumatına görə, Kos 2021-ci ildən Ermənistana artıq 2,5 milyard avro ayrıldığını da bildirib və əlavə edib ki, Aİ Cənubi Qafqaz vasitəsilə Avropanı Mərkəzi Asiya ilə birləşdirən beynəlxalq və regionlararası əlaqə gündəliyinin hazırlanması üzərində fəal işləyir.

Avqustun əvvəlində Vaşinqtonda Yerevan və Bakı Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan eksklavına birləşdirəcək Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) yaradılması barədə razılığa gəliblər. İki ölkə həmçinin sülh müqaviləsini paraflayıb.

Kosun Ermənistana səfəri Azərbaycana səfərindən sonra baş tutub. Və burada o, sülh prosesinin təklif etdiyi imkanları vurğulayaraq deyib ki, “bölgədə sülh bazarlar, ticarət və investisiyalar üçün imkanlar açır”.

O, eyni zamanda, Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə sahəsində dəstəyini davam etdirəcəyini təsdiqləyib:

“Aİ və onun üzv dövlətləri “Team Europe” təşəbbüsü çərçivəsində 23 milyon avroya qədər vəsait ayırır. Səfərim zamanı verilən bəyanatlar bu baxışı konkret resurslarla dəstəkləyir, son diplomatik irəliləyişi bütün region üçün real nəticələrə çevirir. Mənim səfərim zamanı verilən elanlar bu baxışın arxasında konkret resurslar qoyur və son diplomatik irəliləyişləri bütün region üçün nəzərəçarpacaq nəticələrə çevirir”, – Aİ komissarı əlavə edib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.