Sosial şəbəkədə biz:
“Artıq sülh müqaviləsini imzalamağa hazırıq” - Mirzoyan
Xəbər Şəkli

“Artıq sülh müqaviləsini imzalamağa hazırıq” - Mirzoyan

20 September 2025, 10:22
Siyasət

"“Tramp yolu”nun təfərrüatları Ermənistan və ABŞ nümayəndə heyətləri arasında təmaslar, müzakirələr və danışıqlar yolu ilə aydınlaşacaq".

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərlə söhbətində deyib. 

"Bizim Azərbaycan tərəfi ilə də ümumi anlaşmalarımız var ki, bu da imzalanmış Vaşinqton Bəyannaməsində əksini tapıb və qeyd olunur ki, blokada iki ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi və yurisdiksiyası əsasında, maneəsiz və qarşılıqlı fayda əsasında götürüləcək. Toyuqlu pizza

Biz həm paraflamada, həm də ondan əvvəl, martın ortalarında mətn razılaşdırılarkən bildirmişdik ki, istənilən vaxt imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağa hazırıq. Artıq hazırıq".