Sosial şəbəkədə biz:
Azərbaycan XİN: "İsrail və İrana getməyin"
Xəbər Şəkli

Azərbaycan XİN: "İsrail və İrana getməyin"

28 February 2026, 12:24
Siyasət

"İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İrandakı Azərbaycan vətəndaşlarına yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, vətəndaşlarımızdan həmçinin təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur:

"Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycanın İrandakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycanın İrandakı Səfirliyi:
tehran@mission.mfa.gov.az
+98 905 523 01 07
+98 901 884 55 31

Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğu
tabriz@mission.mfa.gov.az
+98 901 414 31 57
+98 935 317 21 01".

Xarici İşlər Nazirliyi, eyni zamanda, İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır:

"Hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycanın İsraildəki Səfirliyi
telaviv@mission.mfa.gov.az
+972 54 539 77 88".