Sosial şəbəkədə biz:
Azərbaycanın güclənməsi xaricdən maliyyələşən bəzi anti-milli ünsürləri narahat edir - DEPUTAT
Xəbər Şəkli

Azərbaycanın güclənməsi xaricdən maliyyələşən bəzi anti-milli ünsürləri narahat edir - DEPUTAT

20 February 2026, 16:22
Siyasət

Son vaxtlar xaricdə yaşayan anti-milli ünsürlərin fəallaşmağa cəhd göstərməsi, Azərbaycan əlehinə qərəzli tədbirlər təşkil etməyə və şüarlar səsləndirməyə cəhd göstərməsi müşahidə olunur.

Milli vəkili Vüqar Bayramov Azinforum.az-a bildirib ki, Azərbaycan gücləndikcə, geo-siyasi mövqeyi möhkəmləndikcə xaricdə yaşayan bəzi anti-azərbaycanlı ünsürlər daha da aqressivləşirlər. Vaşinqtonda və daha öncə Münhendə anti-milli ünsürlərin hərəkətləri bir daha təsdiq edir ki, Azərbaycanın güclənməsi və ölkəmizin regionda formalaşdırdığı düzən xaricdən maliyyələşən bəzi anti-milli ünsürləri narahat edir.

O əlavə edib ki, Azərbaycan güclü olmaqla yanaşı, xalq-iqtidar birliyi də möhkəm və sarsılmazdır. Belə marjinal qrupların davranışları nəinki bu birliyə, nə də Azərbaycanın gücünə təsir edə bilməz.