Sosial şəbəkədə biz:
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov İranda həlak oldu-FOTO
Xəbər Şəkli

Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov İranda həlak oldu-FOTO

24 May 2026, 00:41
Siyasət

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil Rza oğlu İmranov avtomobil qəzasında həlak olub.

Bu barədə XİN mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın İranın  Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən qəzaya düşüb.

“Hörmətli konsulun düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Ramil İmranov 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində çalışan peşəkar diplomat olub. Bundan əvvəl o, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində müşavir vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!