Sosial şəbəkədə biz:
“Azərbaycanla tam həmrəyik” − Fransa XİN
Xəbər Şəkli

“Azərbaycanla tam həmrəyik” − Fransa XİN

06 March 2026, 08:14
Siyasət

Fransa Xarici İşlər Nazirliyi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə törətdiyi hücumu qətiyyətlə pislədiyini açıqlayıb.
Fransa XİN bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
“Fransa bu səhər Azərbaycanda Naxçıvan Beynəlxalq Hava Limanına yönəlmiş İran dronlarının hücumunu ən qəti şəkildə pisləyir. Fransa hücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasını arzulayır.
Bu əsassız hücuma qarşı Azərbaycanla tam həmrəyliyini bildirir; bu hücum Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”, - paylaşımda qeyd edilib.