"Bakı və İrəvan arasında sülh müqaviləsinin vaxtında imzalanması vacibdir"
Litva Azərbaycan və Ermənistan arasındakı sülh prosesində əldə olunan irəliləyişi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı əldə edilmiş razılaşmaları alqışlayır.
Litvanın xarici işlər naziri Plepite "Armenpress" agentliyinə müsahibəsində belə deyib.
"Hazırda müqavilənin vaxtında imzalanmasını və ratifikasiyasını, eləcə də üçtərəfli bəyanatda təsbit olunmuş digər öhdəliklərin tam yerinə yetirilməsini təmin etmək vacibdir", - deyə o vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, davamlı sülh Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü roluna töhfə verə bilər.
Onun sözlərinə görə, TRIPP layihəsinin icrası kontekstində Vilnüs Kalininqrad üzərindən sadələşdirilmiş tranzit sahəsindəki təcrübəsini təklif edərək bu prosesə töhfə vermək niyyətindədir. Azvision.az