Sosial şəbəkədə biz:

“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparılmayıb” – Qaluzin

“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparılmayıb” – Qaluzin
Xəbər Şəkli
10 August 2026, 10:39
Siyasət

“Rusiya Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparmayıb”.
Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Almaniya siyasi rəhbərliyinin son dərəcə aqressiv anti-Rusiya ritorikası və atdığı praktik addımlar nəzərə alınmaqla, bunların mümkün olması ehtimalı azdır”, - deyə o bildirib.
Qaluzin həmçinin ictimai qrupların nümayəndələri arasında davam edən qeyri-rəsmi əlaqələri qeyd edib:
“Rusiya və Almaniyadakı müxtəlif ictimai təşkilatların nümayəndələri arasında qeyri-rəsmi görüşlərə gəldikdə isə, onlar olub və davam edir”.
Xatırladaq ki, iyul ayında “The Times” qəzeti Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyini və Rusiya-Ukrayna müharibəsinin müzakirə olunduğunu yazıb.