BMT də Naxçıvana hücuma səssiz qalmadı
Biz bu hadisədən dərin narahatıq, xüsusilə mülki şəxslərin yaralanması və mülki infrastruktura dəyən ziyana görə. Baş katib yaralananlara tezliklə şəfa arzulayır.
Bunu BMT baş katibinin sözçüsü Stefan Düjarrik İranın Azərbaycana dron hücumları ilə bağlı beynəlxalq təşkilatın gündəlik mətbuat konfransında deyib
O bildirib ki, Azərbaycan xarici işlər naziri tərəfindən İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlanıb.
S.Düjarrikin sözlərinə görə, məktubda Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu ərazisində baş vermiş dron hücumu təsvir olunub və sənəd BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının üzvləri arasında yayılır.
Sözçü xatırladıb ki, hadisə ilə bağlı dünən Azərbaycanın və İranın xarici işlər nazirləri arasında da müzakirə aparılıb. Report