Sosial şəbəkədə biz:
"Bu əraziləri də Azərbaycana qaytarmalıyıq" — Paşinyan
Xəbər Şəkli

"Bu əraziləri də Azərbaycana qaytarmalıyıq" — Paşinyan

10 August 2025, 12:22
Siyasət

"Sərhədin demarkasiyası prosesi davam etməlidir". 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, keçirdiyi onlayn mətbuat konfransında deyib.

"Bəli, bizə məxsus olan, lakin Azərbaycanın nəzarətində olan ərazilər var, amma onu da bildirməliyik ki, Azərbaycanın da bizim nəzarətimizdə olan əraziləri var. Demarkasiya prosesi davam etməlidir, harada bizə aid olmayan ərazilər varsa, biz onları Azərbaycana qaytarmalıyıq”, - Paşinyan bildirib.