Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil, o, dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.
Azərbaycanın bütün suveren ərazilərində dalğalanan üçrəkli bayrağımız qürur mənbəyimizdir. Hazırda dünyada 195 rəsmi milli bayraq var. Onlardan 193-ü Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərindir.
Dünyanın ən böyük dalğalanan bayrağı Azərbaycandadır. Bakıdakı Dövlət Bayrağı Meydanında qaldırılan Azərbaycan bayrağı dünyada ən böyük dalğalanan bayraq kimi 6 noyabr 2024-cü ildə tarixində Ginnesin Rekordlar Kitabına daxil edilib. Nəhəng üçrəngli bayrağımızın ölçüsü 36 × 72 metr (2564.02 kvadrat metr) və çəkisi 500 kiloqramdan çoxdur.
Danimarkanın milli bayrağı olan Dannebrog isə Ginnesin Rekordlar Kitabında dünyada ən qədim davamlı istifadə edilən milli bayrağı kimi tanınır və sənədləşdirilmiş istifadəsi 1370-ci illərə aiddir.
Hər bir dövlət üçün bayraq qürur mənbəyidir. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin əsasıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı.
Bayraq Gününüz Mübarək!
Vüqar Bayramov, millət vəkili