Əliyev: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil
"Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında mən Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi məsələsini qaldırmışdım. Bu gün vəziyyət daha pisdir. Xəzər dənizi sürətlə kiçilir".
Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı səsləndirib.
Prezident vurğulayıb ki, əsas səbəb iqlim dəyişmələri deyil.
Azərbaycan dövlət başçısı qeyd edib ki, gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac var. "Azərbaycan həmçinin bu problemin həlli istiqamətində BMT ilə də sıx əməkdaşlığa hazırdır",-o əlavə edib.