Etibar Məmmədov Hacıbaba Əzimovun vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycanın görkəmli ictimai-siyasi və elm xadimi, istiqlalçı deputat, professor Hacıbaba Əzimovun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.
Hacıbaba müəllim Azərbaycanın müstəqillik mübarizəsində, dövlətçiliyimizin hüquqi əsaslarının qurulmasında, eləcə də elm və təhsil sahəsində misilsiz xidmətləri olan, xalqımızın yaddaşında xüsusi yer tutmuş bir şəxsiyyət idi. Onun ölkəmiz qarşısındakı xidmətləri heç vaxt unudulmayacaqdır.
Uca Tanrıdan mərhumun ailəsinə, yaxınlarına və bütün sevənlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm.
Allah rəhmət eləsin, məkanı cənnət olsun!
Etibar Məmmədov
Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri
17.05.2026