Sosial şəbəkədə biz:
Hansı halda siyasi mühacir statusu ləğv edilir? - AÇIQLAMA
Xəbər Şəkli

Hansı halda siyasi mühacir statusu ləğv edilir? - AÇIQLAMA

09 September 2025, 15:52
Siyasət

Siyasi mühacir statusu beynəlxalq hüquqa əsasən təqib və təhlükə səbəbilə başqa ölkədə sığınacaq alan şəxslərə verilir. Lakin bəzi hallarda həmin status geri alına və ya ləğv edilə bilər. Maraqlıdır, hansı hallarda siyasi mühacir statusunun ləğv edilməsi mümükündür?

Mövzu ilə bağlı konkret.az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, bu status yalnız xüsusi hallarda aradan qaldırıla bilər:

“Əgər siyasi mühacir həmin ölkəyə zərər verən addımlar atarsa, terrorçularla əməkdaşlıq edib dövlətə qarşı fəaliyyət göstərən qruplarda yer alarsa, status ləğv edilə bilər. Həmçinin, ona verilən hüquqlardan sui-istifadə etdikdə, yəni qanundan kənara çıxdıqda siyasi mühacirlik statusu qüvvədən düşür”. Dominos pizza

Cəfəroğlu vurğulayıb ki, belə hallarda siyasi mühacir statusu dərhal qüvvədən salına bilər və şəxsin həmin ölkədə qalmaq hüququ şübhə altına düşür.