Sosial şəbəkədə biz:

HİDAYƏT ORUCOVUN QIZI VƏZİFƏDƏN AZAD EDİLDİ

İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentliyin müvafiq əmrləri ilə Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra yeni rəhbər təyinatları həyata keçirilib.

Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Xatırladaq ki, İqtisadiyyat və Humanitar Kollecin direktoru Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri, 2012-2021-ci illərdə Azərbaycanın Qırğıstanda səfiri olmuş Hidayət Orucovun qızı,  filologiya üzrə elmlər doktoru, professor Səhər Orucova idi. Səhər Orucova həm də "Folklorşünaslıq" jurnalının təsisçisidir. 

AzPolitika


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol