İlham Rəhimova Rusiyada abidə qoydular – FOTO
Dünən Sankt-Peterburq Dövlət Universitetində (SPbU) İlham Rəhimovun büstünün açılışı olub.
Rusiya mediası xəbər verir ki, tədbirdə SPbU rektoru Nikolay Kropacyev, hüquq fakültəsinin dekanı Sergey Olennikov, həmçinin Rəhimovun ailə üzvləri və tələbə yoldaşları iştirak edib.
Qeyd edək ki, İlham Rəhimov Leningrad Dövlət Universitetinin (indiki SPbU) 1975 ci il məzunu olub. Onun tələbə yoldaşları arasında Rusiya Prezidenti Vladimir Putin, İstintaq Komitəsinin sədri Aleksandr Bastrykin və sabiq daxili işlər naziri Vitali Mozyakov kimi məşhur şəxslər var.
İlqam Rəhimov hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının xarici və Azərbaycan Respublikasının Əməkdar Hüquqşünasıdır.
BakuPost