Sosial şəbəkədə biz:
İran Prezidentindən Zəngəzur açıqlaması: Əleyhinə deyilik
Xəbər Şəkli

İran Prezidentindən Zəngəzur açıqlaması: Əleyhinə deyilik

11 August 2025, 09:09
Siyasət

İran Zəngəzur dəhlizinin reallaşmasını region dövlətlərinin ərazi bütövlüyünü pozulmadığı təqdirdə dəstəkləyir.

Bakupost.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, bu marşrutla bağlı İslam Respublikasının tələbləri nəzərə alınıb.

"Marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir və Avropa və şimala tranzitə mane olmur", - Pezeşkian vurğulayıb.

Eyni zamanda, İran Prezidenti tikintidə Amerika və Ermənistan şirkətlərinin iştirakından narahatlığını bildirib.