Sosial şəbəkədə biz:
Komitə sədri daha bir şöbə müdirini vəzifəsindən azad etdi
Xəbər Şəkli

Komitə sədri daha bir şöbə müdirini vəzifəsindən azad etdi

28 May 2026, 09:55
Siyasət

Dövlət Statistika Komitəsinin (DSK) daha bir şöbə müdiri vəzifəsindən azad olunub.

"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, DSK-nin Maliyyə və təsərrüfat şöbəsinin müdiri Kuzina Tatyana Vladimirovna işdən çıxarılıb. Onun yerinə hələlik yeni təyinat olmayıb.  Pepperoni pizza

Bununla da qurumda müdir vəzifəsi boş olan şöbələrin sayı ikiyə çatıb. Bunlar Beynəlxalq əlaqələr və Maliyyə və təsərrüfat şöbələridir.

Qeyd edək ki, bundan əvvəl Dövlət Statistika Komitəsinin Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri Sədi Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev vəzifədən azad ediliblər. 

F.Əliyev qurumun Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri postuna keçirilib.