Marjinal qruplar deputatın sosial göstəricilər ilə bağlı müqayisəsindən niyə narahat olurlar?
Milli Məclisinin deputatı Vüqar Bayramov marjinal siyasi qruplara göstəricilərə əsaslanan faktlar ilə cavab verib. Buna baxmayaraq, bəzi marjinal qruplar yenə də sosial sahə ilə bağlı qərəzli məlumatlar yaymağa cəhd edirlər.
Vüqar Bayramov bildirib ki, Azərbaycan dövlət büdcəsinin sadəcə sosial xərclərinin Ermənistanın ümumi büdcəsindən çox olması qonşu ölkələr ilə qərəzli müqayisələr aparanlara faktlar ilə cavab kimi dəyərləndirilə bilər. Rradikal və ya marginal siyasi qruplar tərəfindən iqtisadi və sosial sahədə fərqli açıqlamaları müşahidə edirik. Amma hər bir açıqlamanın bəlli metodologiyası olmalıdır.
Millət vəkili deyib ki, Azərbaycanda iqtisadi göstəricilər məhz təsdiqlənmiş metodologiya əsasında hesablanır. Sözsüz ki, bu kontekstdən əsas hədəf də növbəti dövrdə daha çox iş yerlərinin yaradılması, eyni zamanda özünüməşğulluq proqramı daxil olmaqla, bu sahədə dövlətin fəaliyyətinin gücləndirilməsindən ibarətdir. Təbii ki, heç bir halda uğurlara kölgə salmaq, sosial təminatın gücləndirilməsi və iqtisadi islahatların dərinləşməsi ilə bağlı həyata keçirilən fəaliyyətləri qaralamaq doğru deyil. Reallıq bundan ibarətdir ki, biz son illər iqtisadiyyatın daha ağardılması və iqtisadi islahatların daha da dərinləşməsini müşahidə edirik.