“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı
Azərbaycana həmişə düşmən münasibət bəsləyən Ara Abramyan Ermənistanın baş nazirini necə təhdid edib?
Nikol Paşinyanın Ermənistanın Avropa Birliyinin Rusiya əleyhinə sanksiyalarına qoşulmayacağı haqda bəyanatı geniş reaksiya doğurub. Rusiya mediası kritik parlament seçkiləri ərəfəsi Paşinyanın bu bəyanatnı ciddi təhlil edir.
"Həm Rusiya, həm də Aİ tərəfdaşlarımıza açıq şəkildə bildirmişik: Rusiyaya qarşı heç bir addım atmaq istəmirik” deyən baş nazir əlavə edib ki, Rusiyadan fərqli olaraq, Ermənistan ölkəyə tətbiq oluna biləcək sanksiyalara tab gətirməz.Paşinyan həmçinin bildirib ki, Ermənistan rəhbərliyi Rusiyada bu yaxınlarda qəbul edilmiş qanuna uyğun olaraq, Gümrüdəki 102-ci hərbi bazasından vətəndaşlarını qorumaq üçün istifadə edə biləcəyindən narahat deyil. Paşinyanın Rusiyaya qarşı tonunu dəyişməsi haqda müxtəlif iddialar var. Bildirilir ki, son vaxtlar Paşinyan Rusiyadakı erməni diasporunun basqısı altındadır. Müxtəlif mənbələrə görə, Rusiyada 3,5 milyona qədər erməni yaşayır.
Anonim qalmaq istəyən Moskvadakı erməni diasporunun nümayəndəsi “Svobodnaya Pressa”ya(SP) deyib ki, seçkilər ərəfəsində Paşinyana təzyiq edən Rusiya Erməniləri İttifaqı olub. Bu ittifaqda Rusiyadakı ciddi maliyyə resursları olan erməni sahibkarları cəmləşiblər.(Vaxtilə Rusiyadakı Azərbaycan diasporasında sınaqdan çıxarılan “Milyarder İttifaqı” yada düşür).Paşinyana Rusiya Erməniləri İttifaqının prezidenti, Rusiya Prezident yanında Millətlərarası Münasibətlər Şurasının Dövlət Milli Siyasətinin İnformasiya Dəstəyi Komissiyasının sədri Ara Abramyanın Paşinyana şəxsən təsir göstərdiyi, “ağıılı ol” mesajı verdiyi deyilir.
Tarix elmləri doktoru və Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Rusiya Xarici Siyasəti Mərkəzinin direktoru Boris Şmelevdən bu barədə “SP”şərh verib. “Əsas məsələ Rusiyanın enerji təchizatıdır. Rusiya enerjisi kiçik Ermənistan üçün əsas problemdir. Hazırda Ermənistandan qazın min kubmetr üçün 177 dollar tədarük edilir. Əgər Ermənistan AİB-dən çıxıb Aİ-yə qoşularsa, Rusiya qazının qiyməti dərhal 600-700 dollara qalxacaq. Əvvəllər İran qazı Ermənistan üçün Rusiya qazına alternativ ola bilərdi. Lakin ABŞ-İran müharibəsi fonunda bu tədarüklər problemə çevrilib. Paşinyan ilk növbədə fikrini dəyişməsinin səbəbi budur”.
Musavat.com