Sosial şəbəkədə biz:
Paşinyan İlham Əliyevə təşəkkür etdi: “Bu, olduqca mühüm addımdır"
Xəbər Şəkli

Paşinyan İlham Əliyevə təşəkkür etdi: “Bu, olduqca mühüm addımdır"

22 October 2025, 11:40
Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Paşinyan Tiflisdə keçirilən V “İpək Yolu” Forumunda çıxışı zamanı qeyd edib ki, Azərbaycanın Ermənistan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması çox mühüm bəyanatdır.

“Bu, son dərəcə vacib addımdır və mən Azərbaycan prezidentinə bu qərarına görə minnətdarlığımı bildirirəm. Həmçinin bu razılaşmanın əldə edilməsindəki rollarına görə Qazaxıstan prezidentinə və Gürcüstanın baş nazirinə də təşəkkür edirəm,” – deyə Paşinyan bildirib.