Sosial şəbəkədə biz:

Peskov: “Bakı və Moskva əlaqə saxlayırlar”

Moskva əmindir ki, Rusiya və Azərbaycan tərəfdaş və müttəfiq olaraq qalmalıdır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə belə açıqlama verib. Kremlin sözçüsü vurğulayıb ki, Moskva ilə Bakı arasında yaranan problemlər konstruktiv şəkildə həll edilməlidir.

“Rusiya diplomatları Azərbaycan tərəfi ilə daim əlaqə saxlayır və saxlanılan rusların maraqlarını müdafiə edirlər. Həmçinin, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Baş prokuror İqor Krasnov Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə əlaqə saxlayırlar”, - Dmitri Peskov bildirib.

Yeri gəlmişkən, ötən həftə Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya-Azərbaycan dostluq münasibətlərinin “son dərəcə vacib” olduğunu və bunu pozmağa çalışan qüvvələrin mövcudluğunu diqqətə çatdırıb.

Amma Kremlin mövqeyinə rəğmən, “bulanıq suda balıq tutmağa” çalışan Rusiyadakı ifrat ermənipərəst qüvvələr son hadisələr fonunda fəallaşaraq təxtibatçı bəyanatlar səsləndirirlər.
Belə ki, erməni diasporunun ianələrindən asılı olan Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Azərbaycanla ixtilafın gələcək inkişafı ssenarilərinin Moskva və Bakının danışıqlar səylərindən asılı olacağını bildirib. Onun iddiasına görə, rəsmi Bakının atdığı addımlara görə Rusiya vətəndaşlarının turizm, iş və ya hər hansı digər məqsədlərlə respublikada olması təhlükəsiz deyil.

Xatırladaq ki, iyunun 27-də Rusiyanın güc strukturları əməkdaşları Yekaterinburqda azərbaycanlıların 10-dan çox mənzilində axtarış apararaq, 50-yə yaxın adamı saxlayıb. Bu zaman hüquq-mühafizə orqanlarının vəhşi və qanunsuz əməlləri nəticəsində saxlanılan Ziyəddin və Hüseyn Səfərov qardaşları dünyasını dəyişib. Azərbaycanda aparılan tibbi ekspertiza onların ölümlərinin döyülmə və mümkün işgəncələr nəticəsində baş verdiyini sübuta yetirib.

AzVision.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol