Sosial şəbəkədə biz:
Prezident İlham Əliyev Nikol Paşinyanla görüşdü, razılığa gəlindi
Xəbər Şəkli

Prezident İlham Əliyev Nikol Paşinyanla görüşdü, razılığa gəlindi

01 September 2025, 13:56
Siyasət

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.

Liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər. 

Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.