Sosial şəbəkədə biz:
Prezidentin keçirdiyi müşavirədə baş nazir niyə yox idi?
Xəbər Şəkli

Prezidentin keçirdiyi müşavirədə baş nazir niyə yox idi?

13 February 2026, 15:04
Siyasət

Xəbər verdiyimiz kimi, fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Diqqətçəkən məqamlardan biri Baş nazir Əli Əsədovun müşavirədə iştirak etməməsi olub.

Bu, nə ilə əlaqəli ola bilər? Protokol qaydası necədir?

Globalinfo.az-a danışan deputat Elman Nəsirov xatırladıb ki, müşavirədə ilk çıxışı Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev edib və iştirakçılar sahə üzrə müvafiq qurumların rəhbərləri və ekspertləri olub:

“Bu tədbir hökumətin iclası deyildi, konkret rəqəmsal inkişaf mövzularına həsr olunmuşdu. Ona görə də baş nazirin iştirak etməməsi qeyri-adi bir hal deyil. Profil üzrə ixtisaslaşmış qurumların rəhbər şəxsləri və nümayəndələri iştirak edirdi”.

Deputat əlavə edib ki, müşavirədə dövlət başçısı süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatların ölkənin gələcək inkişafında əsas rol oynadığını xüsusi vurğulayıb:

“Azərbaycanda artıq bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi isə gələcək fəaliyyətimizdə bu məsələnin prioritetlər siyahısına daxil edilməsidir”.