Sosial şəbəkədə biz:
Qarabağ zəfərdən sonra Türk dövlətləri arasında strateji əməkdaşlıq daha da güclənib - DEPUTAT
Xəbər Şəkli

Qarabağ zəfərdən sonra Türk dövlətləri arasında strateji əməkdaşlıq daha da güclənib - DEPUTAT

16 May 2026, 09:33
Siyasət

Prezident İlham Əliyev Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxış edib.  Dövlət başçımız Türk dövlətləri arasındakı əməkdaşlığa və eləcə də rəqəmsal sahədə fəaliyyətlərə diqqəti çəkib.

TDT nəinki regionda, bütövlükdə bir sıra qlobal məsələlərdə xüsusi mövqeyə malik qurumlardandır. 2.1 trilyon nominal ÜDM-ə malik olan Türk dünyası yeni regional əməkdaşlıq modelidir. Bu qlobal iqtisadiyyatın 2 faizindən çoxu deməkdir. Kifayət qədər geniş və strateji baxımdan vacib hesab olunan coğrafiyada təşkilat çərçivəsində ünvanlı və sistemli əməkdaşlıq həyata keçirir.

TDT-nin illik xarici ticarət həcmi təxminən 1,2 trilyon dollardır, təşkilat daxili ticarət isə 57 milyard dollara yaxınlaşır. Göründüyü kimi, Türk dövlətləri arasında ticarət dövriyyəsinin daha da artırılması prioritet olaraq qalmaqdadır. Son illər reallaşan birgə layihələr bu istiqamətdəki hədəfə nail olmağa imkan yaradacaq. Ticarət dövriyyəsinin böyüməsi birbaşa Türk dövlətləri arasındakı münasibətlərin xüsusən son illər dərinləşməsi ilə bağlıdır. Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir. 

Azərbaycanın əldə etdiyi zəfərdən sonra Türk dövlətləri arasında strateji əməkdaşlıq daha da güclənib.  Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir. Türk dövlətləri indiki qədər heç zaman bu qədər yaxın və birgə olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da.

Vüqar Bayramov, millət vəkili