Sosial şəbəkədə biz:
Rubio: "Azərbaycan və Ermənistan arasında sülh sazişinin olacağına inanırıq"
Xəbər Şəkli

Rubio: "Azərbaycan və Ermənistan arasında sülh sazişinin olacağına inanırıq"

09 July 2025, 00:02
Siyasət

"Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunacağını gözləyirik".

Bunu ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampla birgə keçirilən iclasda deyib.

“Ümid edirəm ki, sülh sazişi tezliklə bağlanacaq”, - o bildirib.

Rubio həmçinin, Hindistanla Pakistan, Konqo DR ilə Ruanda arasında münaqişənin sona çatmasından danışıb. Bununla yanaşı, İranın nüvə proqramı ətrafındakı vəziyyətə toxunub.