Sosial şəbəkədə biz:
Saakaşvilidən önəmli açıqlama: tezliklə sülh sazişi imzalanacaq
Xəbər Şəkli

Saakaşvilidən önəmli açıqlama: tezliklə sülh sazişi imzalanacaq

07 August 2025, 11:01
Siyasət

Tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq.

Bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

“Avqustun 8-də Vaşinqtonda çox mühüm tarixi hadisə baş verəcək: Azərbaycan və Ermənistan Donald Tramp vasitəsilə sülh müqaviləsi imzalayacaq. 

Prezident Əliyevlə Baş nazir Paşinyan bir müddətdir danışıqlar aparır, amma ABŞ prezidentinin vasitəçiliyi ilə proses sürətlənib. O gün dünya tarixində Qafqazın Rusiyanın caynağından azad olunma tarixi kimi qalacaq.

Rusiya artıq rəsmi olaraq üç Cənubi Qafqaz ölkəsindən ikisində hegemonluğunu itirir”, – sabiq prezident bildirib.

M.Saakaşvili əlavə edib ki, Rusiya daxildəki şəbəkəsi vasitəsilə Gürcüstana nəzarəti saxlasa da, bu vəziyyətdə dəyişmək üzrədir. Teleqra