Sosial şəbəkədə biz:
Sülh prosesi geridönməz mərhələyə daxil olub
Xəbər Şəkli

Sülh prosesi geridönməz mərhələyə daxil olub

16 August 2025, 08:54
Siyasət

"Amerikada əldə olunan razılaşmaların tarixi əhəmiyyəti var. Hesab edirəm ki, sülh prosesi davamlı və geridönməz mərhələyə daxil olub”.

Bunu "Reytinq" qəzetinə açıqlamasında Deportasiya Qurbanları Cəmiyyətinin sədri Köçəri Nağıbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman sülhün tərəfdarı olsa da, onun sülh çağırışlarına uzun illər müsbət reaksiya verilməyib. Amma Vaşinqtonda Əliyev, Tramp və Paşinyan arasında əldə edilən razılaşma sülh prosesini irəliyə aparır.

K. Nağıbəyli bildirib ki, ABŞ-da Azərbaycan öz mövqeyni ən yüksək səviyyədə ifadə edib, qarşıya qoyulan məqsədlərinə nail olub:

"Azərbaycan sülhə hazırdır. İndi hər şey Ermənistandan asılıdır. Ermənistan ana qanununu dəyişdirməli və Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir".

Müsahibimiz əlavə edib ki, sülh regionda həm də iqtisadi və ticari əlaqələrin inkişafına səbəb olacaq.

"ABŞ-da baş tutan görüş, aparılan müzakirələr və əldə olunan razılaşmalar göstərdi ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə çatdı",- deyə K. Nağıbəyli yekunlaşdırıb.