Sosial şəbəkədə biz:
Suriya və İsrail nazirlərinin Bakıdakı görüşü - DETALLAR
Xəbər Şəkli

Suriya və İsrail nazirlərinin Bakıdakı görüşü - DETALLAR

04 August 2025, 00:22
Siyasət

Suriyanın xarici işlər naziri Əsəd Həsən Əl-Şeybani ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında Bakı şəhərində görüş keçirilib.

Görüş təhlükəsizlik baxımından qapalı formatda təşkil olunub və tərəflər arasında bir sıra regional məsələlərin, o cümlədən Yaxın Şərqdə gərginlik, Suriya-İsrail münasibətləri müzakirə edilib.

Müxtəlif ərəb və İsrail mediası görüşün iyulun 31-də baş tutduğunu yazıb. 

Rəsmi mənbələr hələlik görüşlə bağlı təfərrüat verməsə də, ekspertlər bu cür təmasların Azərbaycanın beynəlxalq dialoq platforması kimi artan rolunun göstəricisi olduğunu bildirirlər./Musavat.com