Taleh Qaraşov baş mühasibi işdən çıxardı
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) baş mühasibi Rövşən İsgəndərli işdən çıxarılıb.
Bu barədə ŞİH-nin başçısı Taleh Qaraşov əmr imzalayıb.
R.İsgəndərli dövlət qulluğunda çalışmanın son yaş həddi ilə əlaqədar pensiyaya göndərilib.
Qeyd edək ki, Rövşən Əlifağa oğlu İsgəndərli 1961-ci ildə anadan olub. O, uzun illər Lənkəran Şəhər İcra Hakimiyyətində işləyib.