Sosial şəbəkədə biz:
Tehrandakı səfirliyimiz və Təbrizdəki Baş konsulluğumuzun təxliyəsi ilə bağlı tapşırıq verilib
Xəbər Şəkli

Tehrandakı səfirliyimiz və Təbrizdəki Baş konsulluğumuzun təxliyəsi ilə bağlı tapşırıq verilib

06 March 2026, 16:17
Siyasət

Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyev İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verib.

"Bu proses həm Tehrandakı səfirlik, həm də Təbrizdəki baş konsulluğa şamildir. Hazırda bu istiqamətdə iş aparılır".