Sosial şəbəkədə biz:
Ukraynada seçki keçirməyə hazıram - Zelenski
Xəbər Şəkli

Ukraynada seçki keçirməyə hazıram - Zelenski

10 December 2025, 08:22
Siyasət

"Sabah Ukraynada olacam. Mən tərəfdaşlardan, deputatlarımızdan təkliflər gözləyirəm və seçkilərə doğru irəliləməyə hazıram".

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, seçkilər keçirilərkən hərbi qulluqçuların da səs verə bilməsi üçün qanunvericiliyə dəyişikliklər edilməsi və təhlükəsizlik tədbirlərinin görülməsi lazımdır.

Qeyd edək ki, bundan əvvəl Mərkəzi Seçki Komissiyasının rəhbəri Oleq Didenko hərbi əməliyyatlar dayandırıldıqdan sonra seçkilərin təşkili üçün üç aydan çox vaxt lazım olduğunu açıqlamışdı.