Sosial şəbəkədə biz:
Ukraynanın Bakıdakı səfiri Azərbaycana təşəkkür etdi
Xəbər Şəkli

Ukraynanın Bakıdakı səfiri Azərbaycana təşəkkür etdi

23 July 2025, 08:02
Siyasət

Azərbaycan və Ukrayna İrpendə (Kiyev vilayəti) dörd sosial obyektin, o cümlədən idman məktəbi və incəsənət məktəbi tikintisinə dair sazişlər hazırlayır.

Bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev məlumat verib.

2022-ci ildən bəri Azərbaycanda 300-dən çox ukraynalı uşaq reabilitasiyadan keçib.

Səfirin sözlərinə görə, yaxın vaxtlarda 30 nəfərlik daha iki qrup gələcək.

Y.Qusev artıq Sumı və Xarkov vilayətlərində minatəmizləmə üçün istifadə olunan “Revival-P” maşınına görə Bakıya təşəkkür edib.

Kiyev və Bakı, həmçinin ANAMA və Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti arasında birgə təlim proqramları hazırlayır.