Sosial şəbəkədə biz:
Yaşar Gülər azərbaycanlı qazilərlə görüşdü
Xəbər Şəkli

Yaşar Gülər azərbaycanlı qazilərlə görüşdü

20 September 2025, 10:31
Siyasət

Türkiyədə 19 Sentyabr Qazilər Günü münasibətilə tədbir keçirilib, azərbaycanlı qazilər və onların ailələri burada iştirak ediblər.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “X” hesabında məlumat dərc olunub.
Bildirilib ki, tədbirdə milli müdafiə naziri Yaşar Gülərlə yanaşı, qərargah rəisi general Selçuk Bayraktaroğlu, qoşun komandanları və nazir müavinləri də iştirak ediblər.
Tədbir çərçivəsində Yaşar Gülər azərbaycanlı qazilər və onların ailələri ilə də görüşüb.