Sosial şəbəkədə biz:
Yeni general Kəmaləddin Heydərovun xanımının dayısı oğlu imiş
Xəbər Şəkli

Yeni general Kəmaləddin Heydərovun xanımının dayısı oğlu imiş

16 December 2025, 08:25
Siyasət

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələri verilib.

 

Sərəncama əsasən  polkovnik Vaqif Tofiq oğlu İbrahimova "daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.

 

Məlumata görə, V.İbrahimov Qəbələ, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur.

 

Oxu24.com-un  əldə etdiyi məlumata görə,Tofiq İbrahimov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı  Ruhəngiz Heydərovanın dayısıdır.

 

Onlar əslən Ağdaş rayonundan olsalar da, sonradan Qəbələ şəhərinə köçüblər.

 

Bu gün general-mayor rütbəsi alan digər şəxs - Seymur Qaraşov isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.