Sosial şəbəkədə biz:

Sabunçu Dəmiryol Vağzalının qarşısı su altında qaldı

Sabunçu Dəmiryol Vağzalının qarşısı su altında qaldı
Xəbər Şəkli
07 November 2026, 15:47
Sosial

Paytaxtda səhər saatlarından başlayan yağış bir sıra ərazilərdə mövcud infrastruktur problemlərini yenidən üzə çıxarıb.

Hazırda Sabunçu Dəmiryol Vağzalının qarşısındakı ərazi yağan yağış suları altında qalıb.

Nəticədə vağzalətrafı sahə sözün əsl mənasında "dəniz"ə çevrilib.

Bir neçə sakin “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq ərazidəki vəziyyəti izləyicilərə nümayiş etdirib.

Görüntülərdə ərazidə böyük su yığıntısının yarandığı, avtomobillərin isə demək olar ki, yarısına qədər suya qərq olduğu görünür.

Bildirək ki, bu ərazidə daha əvvəl də yağıntılar zamanı oxşar vəziyyət yaşanıb.

Drenaj və yağış-kanalizasiya sistemlərinin lazımi səviyyədə işləməməsi nəticəsində yağan yağış qısa müddətdə ərazinin su altında qalmasına və böyük su gölməçələrinin yaranmasına səbəb olub.

"Cebheinfo.az"