Sosial şəbəkədə biz:
Allahşükür Paşazadə oğlunun işdən çıxmasından danışdı: "Nə işə qəbulundan, nə də işdən çıxmasından xəbərim olub"
Xəbər Şəkli

Allahşükür Paşazadə oğlunun işdən çıxmasından danışdı: "Nə işə qəbulundan, nə də işdən çıxmasından xəbərim olub"

26 February 2026, 08:13
Siyasət

Xəbər verdiyimiz kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin müşaviri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə vəzifəsindən azad edilib.

Allahşükür Paşazadə oğlunun işdən çıxması ilə bağlı Unikal.az-a açıqlama verib: "Oğlumun nə işə qəbulundan, nə də işdən çıxmasından mənim xəbərim olub. O, işləri ilə özü məşğul olur. Qeyd edim ki, oğlum öz ərizəsi ilə ASCO-dakı vəzifəsindən ayrılıb", - deyə Şeyxülislam əlavə edib.