Sosial şəbəkədə biz:
54 yaşlı deputatdan gözlənilməz addım - “Bu gündən başlayıram...”
Xəbər Şəkli

54 yaşlı deputatdan gözlənilməz addım - “Bu gündən başlayıram...”

28 February 2026, 11:31
Siyasət

Bu gündən Çin dilini öyrənməyə başlayıram. Hesab edirəm ki, bu, sadəcə fərdi qərar deyil, gələcəyə yönəlmiş strateji seçimdir…

Bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O, bu dilin öyrənilməsinin əhəmiyyətindən danışıb:

“Dünya sürətlə dəyişir və qlobal iqtisadiyyatın əsas mərkəzlərindən biri artıq Çindir. Ticarət, texnologiya, sənaye, süni intellekt, logistika – bir çox sahədə Çin ön sıradadır.

Düşünürəm ki, yaxın illərdə Çin və Çin dili daha da önəmli olacaq. Bu reallığı indidən görmək və hazırlaşmaq lazımdır. Necə ki, bir zamanlar ingilis dili qlobal ünsiyyət vasitəsinə çevrildi, Çin dili də böyük iqtisadi və siyasi güc fonunda təsir dairəsini genişləndirir”.

54 yaşlı deputat hesab edir ki, orta məktəblərdə Çin dili tədris olunmalıdır:

“Hesab edirəm ki, orta məktəblərdə Çin dilinin tədrisi mərhələli şəkildə tətbiq olunmalıdır. Uşaqlarımız gələcəyin dünyasına hazır olmalıdırlar. Kim qlobal iqtisadi prosesləri anlayır və böyük bazarlarla birbaşa ünsiyyət qura bilirsə, o daha üstün mövqedə olur.

Gecikməyək. Bu gün atılan addım sabahın üstünlüyünə çevrilir. Uşaqlarınıza Çin dilini öyrənmək imkanı yaradın, bu, onların gələcək karyerasına və dünyagörüşünə böyük töhfə verə bilər”.

Qeyd edək ki, R.Nurullayev ilk təhsilini Azərbaycan Dövlət Dillər İnstitutunda alıb. O, rus, ingilis, fransız və alman dillərini bilir. yenisabah