Sosial şəbəkədə biz:
Azərbaycan və Ermənistan nazirləri Nyu-Yorkda görüşdü
Xəbər Şəkli

Azərbaycan və Ermənistan nazirləri Nyu-Yorkda görüşdü

23 September 2025, 11:37
Siyasət

Sentyabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.