Sosial şəbəkədə biz:
Azərbaycanın rəsmi nümayəndə heyəti Ermənistanda
Xəbər Şəkli

Azərbaycanın rəsmi nümayəndə heyəti Ermənistanda

29 April 2026, 11:28
Siyasət

Bu səhər “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə İrəvanın “Zvartnots” beynəlxalq hava limanına eniş edib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Uçuş 54 dəqiqə davam edib.

Ermənistan Mülki Aviasiya Komitəsi də Azərbaycandan rəsmi nümayəndə heyətinin İrəvana gəldiyini təsdiqləyib.

Nümayəndə heyətinə baş nazirin müavini, Azərbaycan və Ermənistan arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi bildirilir. Teleqraf