Sosial şəbəkədə biz:
Erməni mediası Zakir Həsənovun bu görüntüsünü paylaşdı - FOTO
Xəbər Şəkli

Erməni mediası Zakir Həsənovun bu görüntüsünü paylaşdı - FOTO

31 August 2025, 09:56
Siyasət

Ermənistan mediası Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Türkiyədə çəkilmiş fotosunu tirajlayıb.

Globalinfo.az xəbər verir ki, müdafiə nazirinin Türkiyədə Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərinə qatıldığı yazılıb.

Xüsusilə vurğulanıb ki, Z.Həsənov sözügedən mərasimə Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə qatılıb.

Məlumatda azərbaycanlı məzunların Türkiyənin ali hərbi təhsil müəssisələrini bitirməsinə diqqət çəkilib.