Sosial şəbəkədə biz:
Fazil Mustafa İlqar Məmmədova: “Çalış, o cür qadınlar səndən razı qalsınlar”
Xəbər Şəkli

Fazil Mustafa İlqar Məmmədova: “Çalış, o cür qadınlar səndən razı qalsınlar”

05 March 2026, 13:20
Siyasət

Sosial şəbəkədə REAL partiyasının keçmiş sədri İlqar Məmmədov ilə deputat Fazil Mustafanın arasında mübahisə yaranıb. Əvvəlcə İlqar Məmmədov boşanmış qadınlarla bağlı mövzunu nəzərdə tutaraq yazıb ki, “Fazil Mustafa şəxsi həyatda xoşbəxtlik tapmayan milyonçu dostlarının dərdini Milli Məclisdə gündəm edib, hətta, bundan ötrü statistika draması uydurub”.

- Rəqəmlərdə onun qandığı bir şeyin olmadığını dünən mən millətin gözü qarşısında sübut edəndən sonra, səhvini etiraf etmək əvəzinə, bugünkü yazısında Azadlıq Qələbəmi qaralamağa cəhd edib,- deyə İ.Məmmədov əlavə edib.

Fazil Mustafa ona cavabında xatırladıb ki, illər öncə İlqar Məmmədov bütövlükdə parlamenti tərbiyəsizcəsinə heyvanxanaya bənzətmiş, ardınca isə “gizli öhdəliklər, habelə Avropa məhkəməsinin qətnaməsi ilə ödənilən külli miqdarda vəsait nəticəsində təcili və müəmmalı şəkildə həbsxanadan azad olunan kimi özünün “heyvanxana” dediyi müəssissəyə düşmək üçün əlahiddə canfəşanlıq etmişdi. Nəticədə arzuladığının əksinə parlamentdə deyil, siyasətin təcrid olunmuş heyvanxanasında irreal bir baxıcı olaraq qalmağa razılaşmış oldu”.

- İlqar Məmmədovun yüngül həyat tərzinə meylli qadınların adından etiraz səsini ucaltması heç də onun səmimiyyətindən irəli gəlmir. Çünki adam əslində, mövzuya dəxli olmayan başqa bir gileyini diqqətə çatdırmaq istəyir. Guya deputatlardan biri seçkilərə qoşulduğu zaman ona dostcasına belə demişdir: “İlqar, sən niyə seçicilərə səslənirsən axı? Nəzərə al da, sənin bircə nəfər seçicin var. Əsas odur, elə et, səndən o razı qalsın!” Tövsiyə olaraq deyim ki, cənab İlqar Məmmədov, bundan sonra da səndən nə o, nə onlar, nə də “seçici” dediyin Azərbaycan vətəndaşları razı qalacaqlar. Sənə zərrə qədər etibar da etməyəcəklər. Çünki həbsxanadan hansı şərtlərlə çıxdığını bilənlər anlayırlar ki, mal-mülk üçün, siyasi aliment əldə etmək üçün boşanmağa həmişə meyilli olacaqsan! Çalış bundan sonra, heç olmasa, bu cür qadınların hüquqlarını davamlı qoruyan feminist olasan! Onlar səni layiq olduğun yerə hökmən təyin edəcəklər!