Sosial şəbəkədə biz:
İlham Əliyev Putinə zəng edib
Xəbər Şəkli

İlham Əliyev Putinə zəng edib

07 October 2025, 13:18
Siyasət

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidentini doğum günü münasibətilə təbrik edib. Vladimir Putin təbriklərə görə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.