Partiya sədri Fəzail Ağamalıya “söz atdı” – “Siyasət nə “Buta” bağçası, nə “La Vida”, nə də “Altus” MMC-dir...”
Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Ana Vətən Partiyasında (AVP) “ailə qurultayı qalmaqalı”na münasibət bildirib.
A.Şakiroğlu bildirib ki, biznes və siyasət fərqli anlayışlardır.
“Adama deyərlər, siyasət nə “Buta” bağçası, nə “La Vida”, nə də “Altus” MMC-dir. Hərkəs öz işi ilə məşğul olsa, daha yaxşı olardı. Siyasətlə siyasətçilər, bizneslə biznesmenlər məşğul olsa, yaxşıdır. Belə olduqda heç kim də biabr olmaz...” – o qeyd edib.