Sosial şəbəkədə biz:
Şiddətli töhmət alan icra başçısı danışdı: “İş olan yerdə nöqsan da olur”
Xəbər Şəkli

Şiddətli töhmət alan icra başçısı danışdı: “İş olan yerdə nöqsan da olur”

30 August 2025, 00:12
Siyasət

“Cənab Prezident həmişə haqlıdır, mənimlə bağlı qərarında da haqlıdır. Mənimlə bağlı sərəncamı da qəbul edirəm, başqa cür də ola bilməz”.

Bunu Gununsesi.info-ya açıqlamasında Prezident İlham Əliyevin şiddətli töhmət verdiyi Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə deyib.

İcra başçısı bildirib ki, ölkə başçısının bu qərarından ciddi nəticə çıxaracaq: “İş olan yerdə nöqsan da olur. Mən çalışacağam ki, bu nöqsanlardan nəticə çıxarım və cənab Prezidentin etimadını doğruldum”.