Sosial şəbəkədə biz:
Silahlı Qüvvələrimiz dünyada hazırda gücünə görə seçilən ordulardandır - DEPUTAT
Xəbər Şəkli

Silahlı Qüvvələrimiz dünyada hazırda gücünə görə seçilən ordulardandır - DEPUTAT

26 June 2026, 13:28
Siyasət

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. Azərbaycan müstəqilliyini qazanandan sonra Silahlı Qüvvələrimiz fərqli inkişaf dövrlərdən keçib. Müstəqilliyimizin ilk illərində müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Nəticədə, həmin illərdə Azərbaycan torpaqları işğala məruz qaldı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev nizami ordu quruculuğu prosesinə start verdi. Ordu quruculluğu məsələləri Prezident İlham Əliyevin hakimiyyəti dövründə hər zaman diqqət mərkəzində olub. Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, sosial təminatının daha da gücləndirilməsi və eləcə də Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır.

Bəs, Zəfər ordusu olan Azərbaycan Silahlı Qüvvələri gücünə görə dünyada neçəncidir?

Türkiyənin ilk onluqda yer aldığı və 60 meyarı nəzərə almaqla Global Firepower (GFP) tərəfindən hazırlanan Güc İndeksində (Power Index) Cənubi Qafqazda ən güclü orduya malik olmaqla Azərbaycan 2026-cı il üzrə ilk atmışlıqda yer alıb. Həmin siyahıda Gürcüstan 95, Ermənistan isə 101-ci sırada qərarlaşıb. Təşkilatın qiymətləndirmələrinə görə, son illər Azərbaycanın hərbi strategiyası ciddi modernləşmə mərhələsindən keçib. ABŞ analtikləri etiraf edirlər ki, Azərbaycan Silahlı Qüvvələri müasir müharibə taktikası və qabaqcıl texnologiyalardan istifadəsi ilə seçilir.

Digər ABŞ təşkilatının, “US News & World Report”un hesabatına görə isə, Azərbaycan Silahlı Qüvvələri dünya miqyasında 29-cu yerdə olmaqla dünyanın ən güclü orduları sırasındadır. Göründüyü kimi, Silahlı Qüvvələrimiz dünyada hazırda gücünə görə seçilən ordulardandır. Tarixi nailiyyətə imza atmış Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu daha da modernləşir və güclənir.

Silahlı Qüvvələr Gününüz Mübarək. Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Vüqar Bayramov, millət vəkili