Sosial şəbəkədə biz:
"Sülhməramlıların statusu ilə bağlı Azərbaycanın təklif etdiyi anlayışlar Rusiyanı qane etmədi"
Xəbər Şəkli

"Sülhməramlıların statusu ilə bağlı Azərbaycanın təklif etdiyi anlayışlar Rusiyanı qane etmədi"

09 November 2025, 00:18
Siyasət

2020-ci ilin dekabrında Azərbaycan və Rusiyanın sülhməramlıların statusu ilə bağlı bir neçə mərhələdə intensiv danışıqları oldu.

Bunu İTV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, sənədin müzakirəsi zamanı Azərbaycan ora elə elementlər daxil etmişdi ki, birmənalı şəkildə onların məhz Azərbaycan ərazisində, hər bir prosesi Azərbaycanla razılaşdırıb, Azərbaycanın icazəsi ilə etmək anlamına gəlirdi:

"Bu sənədə prinsip etibarilə baxa bilərdik. Həmin anlayışların bir çoxu Rusiya tərəfini qane etmədi. Uzun gedən danışıqlardan sonra hamı anladı ki, ortaq məxrəcə gəlmək mümkün olmayacaq. Elə buna görə, 2024-cü ilə qədər, yəni Rusiya sülhməramlıları buranı tərk edənə qədər heç bir statusu olmadı".